"CRESCENT" Araşdırmalar Mərkəzi əsası 2023-cü ildə qoyulmuş, Yaxın Şərqə və onun bütün dünya ilə əlaqələrinə təsir edən siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə müstəqil və əhatəli təhlillər aparmaq məqsədilə fəaliyyət göstərən, beynəlxalq əlaqələr üzrə beyin mərkəzidir. Mərkəzin fəaliyyətlərinə tədqiqat aparılması, tədbirlərin təşkili, hesabatların dərci, habelə regiondakı ən aktual çağırışlar və imkanlar üzrə dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün siyasətçilər, media, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əlaqə yaradılması aiddir. "CRESCENT" başlıca olaraq münaqişələrin həlli, regional inteqrasiya, enerji və ətraf mühit, mədəni və dini müxtəlifliyin qorunması üzrə ixtisaslaşmışdır. Mərkəz Bakı şəhərində yerləşsə belə, Yaxın Şərqdə və ondan kənarda tərəfdaşlıq və əməkdaşlıq şəbəkəsinə malikdir. "CRESCENT" Yaxın Şərqdə və onun hüdudlarından kənarda sülh, ədalət və qarşılıqlı hörmətin inkişafı kimi dəyərlərə sadiqdir.