Axtar

Mərkəzimiz Stokholmda "SAYP" proqramında təmsil olunub.

  • Paylaş:
Mərkəzimiz Stokholmda "SAYP" proqramında təmsil olunub.

"CRESCENT" Araşdırmalar Mərkəzi Aysel Balabəyova tərəfindən Stokholm şəhərində keçirilən "Swedish Institute Academy for Young Professionals (SAYP)" proqramı çərçivəsində baş tutan son tədqiqat səfərində uğurla təmsil olunub. Səfər Södertörn universiteti tərəfindən təşkil edilib.

Proqram müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək liderlik, idarəetmə, sülh quruculuğu və dayanıqlı inkişaf sahələrində təcrübə mübadiləsi və innovativ yanaşmaların müzakirəsi üçün platforma yaradıb. Səfər zamanı iştirakçılar "Folke Bernadotte Academy (FBA)", "SALAR International və Swedish Red Cross Folk High School" kimi qurumlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Proqram çərçivəsində "CRESCENT" Araşdırmalar Mərkəzi iştirakçılara və tərəfdaş qurumlara təqdim olunub, təşkilatın sübuta əsaslanan tədqiqatlara, siyasət dialoquna və sektorlararası əməkdaşlığın gücləndirilməsinə yönəlmiş fəaliyyəti vurğulanıb. Təqdimat zamanı qeyd olunub ki, real və davamlı dəyişiklik əməkdaşlıq, qarşılıqlı etimad və ortaq məqsədlər əsasında formalaşır.