Axtar

İraqdakı şiə kürdlərin yerləşmə arealı

  • Paylaş:
İraqdakı şiə kürdlərin yerləşmə arealı

 

İran və İraq mətbuatında yayılan iddialara görə, İran İraq ərazisində Kürdüstan Hizbullahı adında silahlı qrup yaratmaq istəyir. Şiə kürdlərdən ibarət eyniadlı qrup 1988-ci ildə İranın dəstəyi ilə Məsud Barzaninin əmisi oğlu Əthəm Barzani tərəfindən qurulmuş və 2004-cü ilə qədər fəaliyyət göstərmişdir. Qrupun ləğvindən sonra Əthəm Barzani KDP-yə qoşulmuş və deputat seçilmişdir. Lakin onun İranla sıx əlaqələri Məsud Barzaninin qəzəbinə səbəb olmuş və Ərbilə girişi qadağan edilmişdir.

İddiaya görə, Əthəm İraqdakı şiə kürdləri (Feyli) yenidən bir araya gətirərək, Kürdüstan Hizbullahını qurmağı planlaşdırır. Rəsmi rəqəmlərə əsasən, İraq ərazisində 1,5 milyon nəfər feyli yaşayır.

İran proksiləri İraqın digər bölgələrində güclü olsa da, Kürdüstan Muxtariyyətində (KM) heç bir gücə sahib olmadıqları üçün kürdlər arasında məzhəb ayrılığı salmağa çalışırlar. İran şiə kürdlərin varlığından faydalanaraq, Türkiyə, ABŞ və İsrail tərəfindən dəstəklənən KM-ya qarşı yeni cəbhə formalaşdırır.