Axtar

Xalq Qüvvələri

  • Paylaş:
Xalq Qüvvələri

Narkotik qaçaqmalçılığına görə 8 il həbsdə Qəzzada həbsdə qalan Yasir Əbu Şəbab 2023-cü ildə İsrail bombardmanından istifadə edərək həbsdən qaçmış və ötən il HƏMAS-a qarşı “Xalq Qüvvələri” adında silahlı qruplaşma yaratmışdır. 

Qruplaşma yarandıqdan dərhal sonra Qəzzanın Rəfah şəhərindəki humanitar karvanlara basqınlar təşkil edir və qaçqın düşərgəsinə yardımların getməsinin qarşısını alırdı. HƏMAS onun barəsində ölüm əmri vermiş və bir sıra adamlarını öldürmüşdür.

HƏMAS bir sıra görüntü və məlumatlara istinad edərək, Yasir və dəstəsinin birbaşa İsrail ordusundan dəstək aldığını və hətta İDF konvoylarını müşayiət etdiklərini bildirmişdir.

Bu ilin iyun ayında isə qruplaşmanın adı daha çox tanınmağa başlamışdır. Belə ki, Yasir Fələstin dövlətinin Qəzzadakı qanuni təmsilçisi olduğunu elan etmiş, Fələstin muxtariyyəti isə bu açıqlamanı təkzib etmişdi. Daha sonra Benyamin Netanyahu İsrail ordusunun Yasir Əbu Şəbabın dəstəsinə dəstək verdiyini ilk dəfə rəsmi olaraq bəyan etmiş, Yasir isə bunu dərhal təkzib etmişdir. Buna baxmayaraq isə İsrail rəsmi orqanları “Xalq Qüvvələri” qruplaşmasının HƏMAS-a alternativ olaraq İsrail ordusu tərəfindən qurulduğunu açıqlamışdır. İsrail müxalifəti isə Yasirin İŞİD-lə əlaqəsinin olduğunu və hətta İŞİD-in Sinay yarımadasında vuruşduğunu iddia edirlər.

Əbu Şəbabın 300-400 nəfərlik dəstəsi İsrail və BƏƏ tərəfindən zirehli texnika və silah-sursatla təchiz edilmişdir. Dəstəyə Qəzzanın ən böyük tayfalarından sayılan Tarabin, Əbu Zayed və Əl-Nuseyrat da dəstək olur.

Yasir Əbu Şəbab çıxışlarından birində bildirmişdir ki, “Xalq Qüvvələri” qruplaşmasının tək məqsədi HƏMAS-ı Qəzza zolağından tamamilə təmizləməkdir.