Axtar

Mərkəzimiz Ankarada keçirilən NATO Summiti çərçivəsində keçirilən bir sıra tədbirlərdə təmsil olunub

  • Paylaş:
Mərkəzimiz Ankarada keçirilən NATO Summiti çərçivəsində keçirilən bir sıra tədbirlərdə təmsil olunub

"CRESCENT" Araşdırmalar Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Tural Axundov 6-8 iyul tarixlərində Ankarada keçirilən NATO Sammiti çərçivəsində təşkil edilmiş silsilə tədbirlərdə iştirak edib.

Türkiyə Atlantik Şurası tərəfindən təşkil edilən NATO Sammit Dialoqlarının "Türkiyə-Azərbaycan Oxu və Avro-Atlantik Təhlükəsizliyi: Yaxınlaşma, Məhdudiyyətlər və Ortaq Maraqlar" adlı debatda spiker kimi Tural Axundov Orta Dəhlizin strateji əhəmiyyəti və Azərbaycanın Avropa və NATO-nun enerji təhlükəsizliyinin gücləndirilməsindəki artan rolu mövzusunda türk və beynəlxalq auditoriyaya müraciət edib.

Sammit zamanı Tural Axundov Türkiyə Atlantik Şurasının prezidenti, keçmiş səfir Mehmet Fatih Ceylan və Türkiyə Atlantik Şurasının baş katibi Əmir Abbas Gürbüz ilə görüşüb. Görüşlər "CRESCENT" Araşdırmalar Mərkəzi ilə Türkiyə Atlantik Şurası arasında potensial əməkdaşlıq sahələrinin araşdırılmasına yönəlib.