Axtar

Mərkəzimizdə “ABŞ/İsrail–İran müharibəsindən sonra geosiyasi reallıq” mövzusunda dəyirmi masa keçirilib

  • Paylaş:
Mərkəzimizdə “ABŞ/İsrail–İran müharibəsindən sonra geosiyasi reallıq” mövzusunda dəyirmi masa keçirilib

26 may 2026-cı il tarixində “CRESCENT” Araşdırmalar Mərkəzinin direktoru Fərid Mirzəli, aparıcı tədqiqatçı Zəka Cəfərli və tədqiqatçı Tural Axundovun, eləcə də Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, direktor müavini Murad Muradov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Vüsal Quliyev və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin eksperti Eldar Həmzəlinin iştirakı ilə “ABŞ/İsrail–İran müharibəsindən sonra geosiyasi reallıq” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbir çərçivəsində müharibədən sonrakı dövrdə regional və beynəlxalq müstəvidə formalaşan yeni geosiyasi reallıqlar, Yaxın Şərqdə təhlükəsizlik mühitinin transformasiyası, habelə mövcud proseslərin Azərbaycan və Cənubi Qafqaz regionu üçün mümkün siyasi-strateji nəticələri ətrafında geniş müzakirələr aparılmışdır. 

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri arasında institusional əməkdaşlığın inkişaf perspektivləri, ekspert platformaları arasında əlaqələrin gücləndirilməsi, həmçinin gələcəkdə birgə elmi-tədqiqat layihələri və tədbirlərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.