Axtar

Mərkəzimiz Koreya Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

  • Paylaş:
Mərkəzimiz Koreya Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Mərkəzimizin nümayəndəsi Tural Axundov Koreya Respublikasının Milli Təsis Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan rəsmi qəbulda iştirak edib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri və digər nüfuzlu qonaqlar iştirak edərək fikir mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək imkanı əldə ediblər.

Qəbul çərçivəsində Tural Axundov Çexiya, Bolqarıstan, Polşa və Seneqalın Azərbaycandakı səfirləri də daxil olmaqla, diplomatik korpusun müxtəlif nümayəndələri ilə görüşərək söhbətlər aparıb.

CRESCENT Araşdırmalar Mərkəzi bu kimi tədbirləri dialoqun təşviqi, beynəlxalq əlaqələrin genişləndirilməsi, diplomatik, akademik və analitik dairələr arasında əməkdaşlığın inkişafı baxımından mühüm platformalar kimi qiymətləndirir.

Mərkəz Koreya Respublikasını bu əlamətdar günlər münasibətilə təbrik edir, ölkə xalqına davamlı sülh, rifah və uğurlar arzulayır.