Axtar

Mərkəzimizin əməkdaşları TDT-nin II Beynəlxalq Konfransında iştirak ediblər.

  • Paylaş:
Mərkəzimizin əməkdaşları TDT-nin II Beynəlxalq Konfransında iştirak ediblər.

“Davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfrans Türk dünyasının aparıcı analitik və tədqiqat institutlarını bir araya gətirərək fikir mübadiləsi aparmaq, institusional əməkdaşlığı gücləndirmək, eləcə də birgə tədqiqat və iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək məqsədi daşıyıb.

Konfrans Türk dünyasının müxtəlif analitik mərkəzləri ilə yeni əlaqələrin qurulması və Yaxın Şərq və Şimali Afrika (MENA) regionuna dair məsələlər üzrə gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından bizim üçün dəyərli platforma olub. Qarşıdakı dövrdə bu əlaqələri məzmunlu tədqiqat layihələrinə və institusional tərəfdaşlıqlara çevirməyi hədəfləyirik.