Oktyabrın 13-ü Şarm əl-Şeyxdə imzalanan atəşkəs 2 ildən bəri davam edən genişmiqyaslı Qəzza müharibəsində ən mühüm fasilə hesab edilir. Misir və Qətər vasitəçiliyi və ABŞ-nin iştirakı ilə imzalanan bu atəşkəs siyasi nailiyyətdən çox, münaqişənin tərəfləri arasında maraqların müvəqqəti yaxınlaşmasını təmsil edir. Aylardır davam edən döyüşlər, görünməmiş dərəcədə humanitar kriz və artan diplomatik stresdən sonra həm HƏMAS, həm də İsrail elə bir çıxılmaz vəziyyətdədirlər ki, davam edən hərbi əməliyyatlar get-gedə daha az nəticə verir. Bu səbəbdən də atəşkəs hazırda olan gərgin situasiyanı stabilləşdirməyə və növbəti danışıqlar üçün zəmin yaratmağa xidmət edən bir mexanizm rolunu oynayır, baxmayaraq ki, əsas siyasi problemlərin heç biri həll olunmayıb.
Vaşinqtona görə, atəşkəs tək başına bir uğur deyil, geniş regional yanaşmanın bir komponentidir. Tramp administrasiyası Qəzzadakı müharibəni sonlandırmaq və bütün əsrlərin buraxılmasını təmin etmək niyyətindədir. Lakin o, bu prosesə Yaxın Şərqi yenidən formalaşdırmaq strategiyasının bir hissəsi kimi yanaşır. Bu strategiya İsrail əsaslıdır. İsrailin regional sistemə dərindən inteqrasiyası, “İbrahim Sazişləri”nin genişləndirilərək gələcəkdə geniş təhükəsizlik və siyasi mexanizm olacaq “İbrahim Nizamı”na çevrilməsini nəzərdə tutur. Burada məqsəd ərəb-İsrail münasibətlərinin normallaşması, HƏMAS və Hizbullah kimi qruplaşmaların tərksilah edilməsi və iqtisadi-siyasi təzyiqlərlə İranın nəzarətdə saxlanması vasitəsilə regional sabitliyi möhkəmləndirməkdir. Bu siyasətin mərkəzində Qəzzada sülh prosesi dayanır. Əsas hədəfi HƏMAS-ı silahsızlaşdırmaq və idarəçiliyi Fələstin hakimiyyətinə ötürməkdir. Elə ən böyük qeyri-müəyyənlik də buradadır. İsrailin bu təklifə cavabı qeyri-müəyyən olaraq qalır. İsrail rəsmiləri ideyanı tamamilə rədd etməsələr də, Fələstin idarəçiliyinin Qəzzanı idarə etmək və ya silahlı qruplaşmaların yaranmasının qarşısını ala bilmək qabiliyyəti şübhə altındadır. Hazırda İsrail ordusunu qismən sarı xəttin arxasında çəkməkdən, əsrlərin mərhələli şəkildə azad edilməsindən və danışıqlar davam etdiyi müddətdə sakitliyini qorumaqla kifayətlənirmiş kimi görünür. Hökumətin mövqeyi hesablanmış bir tarazlığı əks etdirir və əməliyyat azadlığını qoruyarkən, atəşkəsin diplomatik uğur kimi davam etdirilməsini prioritet edən Tramp administrasiyası ilə birbaşa qarşıdurmadan qaçmaq istəyini göstərir.
HƏMAS fərqli təzyiqlərlə üzləşir. Hərəkat atəşkəsi Qətər, Misir və Türkiyənin təzyiqi altında qəbul edib. Hər hansı bir siyasi razılaşma üçün bu ölkələrin vasitəçiliyi əvəzsizdir. Lakin HƏMAS tam silahsızlaşdırma prinsipini qəbul etmir, iddia edir ki, onun silahları mümkün İsrail hücumunun qarşısını almaq üçün yeganə etibarlı zəmanətdir və demobilizasiya Fələstin dövlətçiliyinə real irəliləyişlə bağlı olmalıdır. HƏMAS-ın administrativ idarəetməni Fələstin rəhbərliyinə verməyə hazır olduğunu ifadə edən bəyanatları taktiki xarakter daşıyır, məqsədi isə hərbi nüvəsini itirmədən çevikliyini nümayiş etdirməkdir. Strateji güzəştlər olmadan siyasi razılaşmanın bu ikili mövqeyi cari tarazlığı müəyyənləşdirir, eyni zamanda münaqişənin əsas dinamikasının həll olunmamış qalmasını təmin edir. İsrail atəşkəsə əməliyyat üstünlüyü, lakin siyasi məhdudiyyət mövqeyindən daxil olur. Uzun sürən hərbi əməliyyatlardan və artan beynəlxalq tənqiddən sonra genişmiqyaslı hücumların davam etdirilməsinə, xüsusən də Qərb nəzərində haqq qazandırmaq getdikcə çətinləşib. Avropanın İsrailə qarşı gördüyü tədbirlərin əksəriyyəti simvolik xarakter daşısa da, onlar İsrailin beynəlxalq legitimliyinin zəifləməsinə töhfə verdi. Sentyabrın 9-da İsrailin Dohadakı HƏMAS rəsmilərinə uğursuz sui-qəsd cəhdi Qətərdən üzr istəməyə məcbur edilməsinə və həddini aşmağın fəsadları ilə üzləşməsinə səbəb oldu. Bu epizod həm İsrailin təhlükəsizliyinə təhdid gördüyü hallarda birtərəfli hərəkət etməyə hazır olduğunu, həm də diplomatik nəticələr qarşısında getdikcə daha həssas olduğunu göstərdi. Maneələrə baxmayaraq, İsrail öz strateji mühitini formalaşdırmaq qabiliyyətinə arxayın olaraq qalır və özünün əsas təhlükəsizlik doktrinasını dəyişməyə yanaşmır. Doha hücumuna Amerikanın sərt reaksiya verməməsi Qüds və Vaşinqton arasında qısamüddətli prioritetlərin uyğunluğunu daha da nümayiş etdirdi. İsrail üçün əsas məsələ onun əsas müttəfiqi ilə çəkişmələrdən qaçaraq fəaliyyət azadlığını qorumaqdır, Tramp administrasiyası üçün isə prioritet atəşkəsi qorumaq və münaqişənin onun daha geniş regional gündəmini pozmasının qarşısını almaqdır. Bu gizli anlaşma, hətta hər iki tərəf fərqli uzunmüddətli məqsədlər güdsə də, mövcud razılaşmanın siyasi əsasını təmin edir.
Bu atəşkəs, həmçinin Misirin regional vasitəçi kimi kritik rolunu bir daha təsdiqləyir. Qahirə Şarm əl-Şeyx sammitinə ev sahibliyi etməklə Fələstin münasibətlərində əvəzsizliyini bir daha təsdiqlədi, eyni zamanda konflikti coğrafi olaraq məhdudlaşdırdı. Misirin iştirakı praktiki məqamlardan irəli gəlir; bunlara sərhəd boyunca sabitliyin qorunması, əhalinin Sinaya köçməsinin qarşısının alınması və öz diplomatik önəminin gücləndirilməsi daxildir. Qəzza üçün təklif olunan Misir rəhbərliyindəki sabitləşdirmə mexanizmi əsasən konseptual xarakter daşıyır, lakin Qahirənin siyasi kapitalları idarəetmənin birbaşa məsuliyyətini üzərinə götürmədən atəşkəsi davam etdirmək və məhdud irəliləyişi təmin etməkdən asılıdır.
Hələlik, atəşkəs davam etsə də, həssas olaraq qalır. Humanitar yardım genişləndirilib, əsrlər mərhələli şəkildə azad edilir və genişmiqyaslı hərbi əməliyyatlar dayanıb, lakin heç bir struktur sualları həll edilməyib. HƏMAS silahları təhvil verməkdən imtina edir, İsrail təhülkəsizliyinə təhdid yaradacaq hər bir razılaşmaya qarşı çıxır, vasitəçilər isə hələ də Qəzza siyasi idarəetmə mexanizmini müəyyənləşdirə bilməyib. Bu səbəbdən də, Şarm əl-Şeyx razılaşması formal olaraq qüvvədədir, lakin siyasi cəhətdən sabit deyil. Qəzzanın gələcəyilə bağlı fikir ayrılıqları davam edir və həqiqi sabitləşmə yolunda olan maneələr əhəmiyyətlidir. HƏMAS əməkdaşlığını çox güman ki, ala bilməyəcəyi siyasi güzəştlərə bağlayır, İsrail isə hələ də qeyri-müəyyən qalan məsələlərdə zəmanətlər tələb etməyə davam edir, Vaşinqtonun regional tərəfdaşları isə icra məsuliyyətini üzərlərinə götürməkdə tərəddüd edirlər. Hazırda atəşkəs konfliktin əsas anlaşmazlıqlarını həll etməkdən daha çox, onları təxirə salan müvvəqqəti bir mexanizm rolunu oynayır. Onun dayanıqlılığı razılaşmanın yazılı şərtlərindən deyil, fikir ayrılıqlarına malik tərəflər arasında balansı qorumaq bacarığına malik olan vasitəçilərdən asılıdır.
SS
