İsrailin ötən il Livanda Hizbullah üzərində qazandığı əzici qələbə 1967-ci ildə ``6 Günlük Müharibə``də qazandığı qələbədən sonra çox böyük bir hərbi uğur kimi qəbul olunur. Yəməndə apardığı əməliyyatlara gəlincə isə indiyə qədər güc nümayişi şəklində olması və effektivsizliyinə görə 2006-cı ildəki Livan müharibəsinə bənzəyir. Halbuki bu silahlı qruplaşma, İsraildən qat-qat zəif silah-sursata məxsusdur, HHM-i və raket arsenalı yoxdur.
İsrailin Yəməndəki hədəfləriiyul 2006-da Hizbullah-İsrail müharibəsi zamanı Livanı hədəfə alan və əksəriyyəti sivil və ya yarı-sivil təsisləri yerlə bir edən hücumları ilə bənzərdir.
İki cəbhə arasında fərq çox böyükdür. Ötən il İsrail Hizbullah cəbhəsində kəskin və qorxuducu bir üstünlük göstərdi. Aparılan hərbi əməliyyatlar sanki elmi-fantastika filmi idi. Hizbullahın üst səviyyə liderlərini istər evlərində, istər başqa rəsmi görüşdə, istər maşınlarında, istərsə də yerin dibində gizlənsinlər hər birini tapıb cəzalandırdı, hücum arsenalının böyük bir hissəsini yox elədi.
2006-cı ildə 34 günlük müharibədə baş verənləri düşünəndə isə İsrail o zaman Hizbullahı məhv etmədi, əksinə Livanın aeroportunu, limanlarını, elektrik və su obyektlərini, magistral yollarını, 100-ə yaxın körpü və qovşağı və əsas yaşayış məntəqələrini bombalamaqla Livan dövlətini iflic vəziyyətə saldı. Livan dövləti sonralar özünə gələ bilməsə də, “Hizbullah”ın gücünü toplaması heç iki il çəkməmişdi.
Ötən ilki 13 aylıq döyüşlərə gəlincə isə Livanın əksər hissəsində mülki həyat demək olar ki, normal idi, infrastrukturlar hədəfə alınmamışdı. Mülki təyyarələr Rafiq Həriri hava limanına qalxıb-eniş edərkən İsrail Beyrutun cənub ətraflarında Hizbullah mövqelərini bombalayırdı. Uçuşlarını dayandırmayan qonşu hava limanınlarından istifadə edən sərnişinlər hücumların alovunu, bombardmanı aydın şəkildə görə bilirdi. Hücum elan edildikdə, İsrail ordusunun kameramanları hədəf alınan binalarla üzbəüz mövqe tutaraq hücumları yaxından lentə almağı gözləyirdilər.
Yanvar ayından bəri İsrail Yəmənə altı dəfə hücum edib, lakin bu hücumların heç biri Livandakı qədər effektiv olmayıb. Hücumlar zamanı bir neçə Husi qüvvələri və liderləri hədəfə alınıb. Keçən ay İsrail Səna hava limanını bombaladı və oradakı son mülki təyyarəni məhv etdi, lakin təyyarə husilərə deyil, qanuni hökumətə məxsus idi. İŞİD və Əl-Qaidə kimi Yəmən milisləri də dinc əhalinin itkisinə və ya infrastrukturun məhvinə əhəmiyyət vermir.
İsrailin zərbələri, hücum gücü böyük ölçüdə məhv edilmiş Hizbullahla müqayisədə kiçik arsenala malik Husilərin pilotsuz təyyarələr və raketlər buraxmasına mane olmayıb. Bununla belə, Husilərin pilotsuz təyyarələri və raketləri məhduddur və İsrail üçün az təhlükə yaradır. Əksəriyyət hədəflərinə çata bilmir, İsrailin hava məkanına girməyi bacaranlar isə müvəqqəti olaraq hava məkanını iflic edir və sakinlərini sığınacaqlara göndərirlər.
Hazırda Yəməndəki hökümət əhalinin yeddi faizini belə təşkil etməyən kiçik bir azlıq olduğu üçün nəzarət etdiyi şəhərlərdə mövcudluğunu xalqı qorxutmaq və terror etməklə qoruyub saxlaya bilir. Müttəfiq qəbilə qüvvələri şəbəkəsindən istifadə edərək, qalan ərazilərə nəzarət edir. Bu qüvvələr Husilərin hərbi güclərini itirdiklərini hiss etdikləri an onları tərk edəcəklər.
İsrailin performansının niyə bu qədər orta səviyyədə olmasına gəlincə, mən bunun iki səbəbi olduğunu düşünürəm; birincisi, Yəmən haqqında məlumatının olmaması. Hizbullahın özünün də daxil olduğu geniş məlumat və agent şəbəkəsinə malik olduğu Livandan fərqli olaraq, Yəməndə heç bir informasiya şəbəkəsi yoxdur. Livandakı şəbəkə ona gələcək günə hazırlıq üçün illər ərzində təfərrüatları toplamağa və hədəflər bankı qurmağa imkan verir.
Bir digər ehtimal da budur ki, İsrail hökuməti öz münaqişəsinin miqyasını genişləndirmək istəmir və sadəcə husilərin İsrailə vurduğu məhdud ziyana uyğun cəza əməliyyatları ilə kifayətlənəcək. İsrail Donald Trampın bölgəyə səfərindən əvvəl ABŞ ilə razılığa gəldiyi kimi, husilərlə də təcavüzü dayandıracaqlarını vəd edən bir razılaşma əldə etməyi gözləyir.
Husilər özlərini alovun üstünə atan pərvanələr kimidirlər. Onlar pilotsuz təyyarələr və raketlər atdıqları üçün qabaqcıl və inkişaf etmiş görünürlər, lakin əslində onlar orta əsrlərin mağara döyüşçülərindən və ya dağ keçilərindən başqa bir şey deyillər.