Şəxsiyyət faktoru, fərqli siyasi quruluş, dəyişən siyasi proseslər nəyi vəd edir?
Uzun illərdi davamlı normallaşma tempini tuta bilməyən Səudiyyə-Türkiyə münasibətlərinə təsir edən amillər nədir? Niyə Qoca Şərqin iki qoca nəhəngi dil tapa bilmir? Regionun iki böyük sünni qütbü uzun zamandır dost-düşmən olaraq qalmaqdadır. İki fərqli siyasi quruluşa - demokratik prinsiplərə əsaslanaraq respublika idarəçiliyinə üstünlük verən Türkiyə nəhəng Osmanlı İmperiyasının varisi, monarxiya idarəçiliyinə üstünlük verən Səudiyyə isə islam dünyasının mərkəzi, dünya müsəlmanlarının ibadətgahı hesab edilən iki müqəddəs şəhərin sahibi olması ilə qürurlanır. Təbiidir ki, tarixi ədavət, uzun illər Osmanlı İmperiyasının nəzarətində olan ərəb ölkələrinin türklərə “sonsuz sevgi”sini izhar etmək üçün əlverişli məqam axtarışında olması da münasibətlərə təsir edən səbəblərdəndir.
Tez-tez dəyişən siyasi proseslər fonunda Səudiyyə və Türkiyənin uzun zamandan bəri davam edən birincilik savaşı onlara dost olmağa imkan vermir. Nəzərə alsaq ki, regionun enerji resurlsarı ilə zəngin olması, xarici qüvvələr (ABŞ, Qərb ölkələri, Çin) tərəfindən sözügedən regiona marağın günbəgün artması, illərdi həllini tapmayan İsrail-Fələstin müharibəsnin mövcudluğu, “Hizbullah”, “Həmas”, “Müsəlman Qardaşları”, “Həşdi-Şəab” kimi hərbi-siyasi və terror təşkilatlarının mövcudluğu, habelə regionun çox saylı proxy müharibələrin meydanına cevrilməsi Yaxın Şərq aktorlarının birincilik uğrunda mübarizədə maraqlar naminə uğurlu müttəfiqlik, “yaxın qonşu” prinsipilə hərəkət etmələrinə səbəb olmuşdur. Hesab edirəm ki, siyasi konyuktura fonunda Səudiyyə və Türkiyənin maraqlarının hər hansı formada kəsişəcəyi baş verə bilsə də, ümumilikdə tarixi ədavət və liderlik iddiası sünni/sələfi ölkələrin arasındakı buzların əriməsinə imkan verməyəcək.
İki güc dövləti arasında münasibətlərin formalaşmasında şəxsiyət faktoru, hər iki ölkə liderlərinin xarakterindəki xüsusiyyətlər də mühüm rol oynayır. Tez-tez sərt mejasları və ultimatumları ilə dünya mediasını silkələyən və diqqətdə olmağı sevən R.T.Ərdoğan dünya liderlərini (Sisini qatil, çevrilişçi, zalim, Natanyaonu qatil, “Qəzza qəssabı”, Əsədi ikiüzlü və s.) və dövlətləri hədələməklə Türkiyənin illərlə qazanılmış dostlarını və müttəfiqlərini asanlıqla itirməkdən çəkinməmişdir (bəzi siyasi şərhçilərə görə, Ərdoğan Atatürkdən sonra tarixə özünün formalaşdırdığı “yeni Türkiyə”nin atası, bütün müsəlmanların qoruyucusu kimi daxil olmaq istəyir). Öz növbəsində, 2017-ci ildə Səudiyyə vəliəhdi təyin edilən islahatçı Məhəmməd bin Salmanı (MBS) da kəskin siyasi qərarlarına, radikal siyasi xəttinə (Qətər dövlətini Türkiyə münasibətlərinə görə, dəvə üzərində gənə adlandırmışdir) görə xarici siyasətdə mühüm və fərqli fiqur hesab etmək olar. İstər Ərdoğan, istərsə də MBS-ni sərt ritorikaları ilə yanaşı lazim gəldikdə kompromis, lazim gəldikdə eskalasiya siyasəti aparmaqdan çəkinməyən liderlər kimi də xarakterziə etmək olar. Onlar bir-birinin ünvanına ən sərt söz deməyi bacardıqları kimi lazım gəldikdə əl-sıxmağı da bacaran liderlərdir.
Dəyişən dünya, dəyişməyən maraqlar fonunda Türkiyə-Səudiyyə münasibətləri necə inkişaf etmişdir:
2002-ci ildə Türkiyədə keçirilən seçikərdə qalib gələrək “Ədalət və inkişaf Partiyasi” (AKP) Türkiyənin xarici siyasəti kursunu daha dinamik edə bilmişdir. Türkiyə illərdi Qərbə yönəlik siyasi kursuni dəyişərək islam faktorunu önə plan çəkməklə, ərəb ölkələri ilə münsibətlərdə daha mülayim xətt götürəcəyi gözləntisini doğrultmadı. Doğrudur, Fələstin problemini hər zaman önləyən AKP ilk illərdə ərəb ölkələri arasında hörmət və nüfunu yüksəldə bilmişdir. 2011-ci ildə başlayan “Ərəb baharı” Türkiyənin bəzi ərəb ölkələri, o cümlədən də Səudiyyə ilə münasibətlərinin gərginliniəşməsinə səbəb oldu.
2011-ci ildə Türkiyənin Misirdə hakiyyətə gələn “Müsəlman Qardaşları”na dəstək verməsini qəbul edə bilməyən Səudiyyə BƏƏ, Misir, Bəhreyn kimi ərəb ölkələri ilə birlikdə Türkiyəyə qarşı ittifaqa girərək 2014-cü ildə Misirdə Sisinin hakiyyətə gətirməklə “İxvanların” məğlubiyyətinə nail oldu. Səudiyyə, bununla, Türkiyəyə “Ərəb ölkərinin lideri mənəm” mesajını vermək istədi.
2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə Səudiyyə və BƏƏ-nin əlinin olması kimi iddialar rəsmən elan edilməsə də, lakin görünməyən qüvvələr tərəfindən ortaya atılması Səudiyyə-Türkiyə münasibətlərinin heç də isti olmamasından xəbər verirdi.
Münasibətlərin gərginləşməsinə səbəb olan digər hadisə 2017-ci ildə Səudiyyə, BƏƏ, Misir və Bəhreynlə birlikdə Qətəri baykot etməsi hadisəsi olmuşdur. Qətəri Türkiyə ilə hərbi əməkdalıqda ittiham edərək, hərbi əməkdaşlığı və terrorçuları (“Müsəlman Qardaşları” nəzərdə tutulur) maliyyələşdirməyi dayandırmağı, Türkiyəyə məxsus hərbi bazaları ölkədən çıxarmağı tələb etmiş, bu tələbləri yerinə yetirmədiyi halda iqtisadi sanksliyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdirlər. Lakin bunların heç birinə məhəl qoymayan Türkiyə, əksinə Qətərlə hərbi əməkdaşılığnı daha da artırmaqla Səudiyyənin qəzəbini daha da artırmış oldu. Ər-Riyad rəsmi şəkildə Türk ordusunun mövcudluğunu regiona təhlükə hesab etdiyini bildirmiş, onu destabilləşdirici qüvvə, Ərdoğanı eksponsionist adlandırmışdır.
2018-ci ildə baş verən Qaşıqçı insidenti mövcud gərginliyi pik nöqtəyə çatdıra bildi. Səudiyyə XXO tərəfindən öldürələn C.Qaşıqçı olayı Türkiyəyə yeni fürsət yaratdı və o, Səudiyyəni Beynəlxalq Məhkəməyə verərək səudiyyəli jurnalistin məhz vəliəhd MBS-nin tapşırığına əsasən öldürülməsini sübuta yetirə bildi.
Səudiyyənin dəngədən çıxaran həm də Türk ordusunun Suriyada və Liviyada olması idi. Türkiyə ordusunun Liviyada Səudiyyənin dəstəklidiyi genaral Haftara qarşı çıxan Müvəqqəti Birlik hökumətinə dəstək verməsi, habelə Suriyanın şimalında uğurlu hərbi əməliyyatlar keçirməsi odun üstünə neft tökməkədən başqa bir sey deyildi.
Rəsmi ər Riyad Türkiyənin region ölkələrində mövcudluğunu həzm edə bilməməsini Türk mallarına qoyulan qadağa və onsuz da agır olan ölkə iqtisadiyyatına ziyan verməklə çıxarmaq istəmişdir.
2011-2021-ci ilə kimi münasibətlərdə sərt və barışmaz mövqe tutuan tərəflər 2021-ci ildən etibarən mülayimləşmə xətti götürərək barışıq əldə etmək istiqamətində addımlar atdılar. Türkiyə iqtisadiyyatının həddən artıq zəifləməsinin qarşısını almaq üçün “yaxın qonşu” prinsipi, Səudiyyə isə regionda uğurlu və güclü müttəfiq (ABŞ və İranla münasibətlərində) tapmaq arzusu ilə barışığa çığır açdırlar. Rəsmi Ər-Riyad ABŞ-ın Yaxın Şərqə ən güclü müttəfiqi hesab edilsə də, MBS-nin getdikcə ABŞ-dan asılılığını azaltmaq arzusunda olması, xüsusən Ağ Evin, Bayden hökumətinin İranla münasibətdə Səudiyyəyə qarşı inamsız addımlar atması, Rusiya-Ukrayna müharibəsi zamanı onu Rusiyaya qarşı mövqe göstərməyə vadar etməsi Səudiyyəni müvafiq barışıqlar atmağa vadar etdi.
Ərdoğan 2022-ci ildə uzun illərdən sonra ilk dəfə Səudiyyəyə səfər etməklə münasibətlərə su səpmək istədiyini nümayiş etdirdi. Buna qədər isə rəsmi Ankara artıq bir sıra ərəb ölkələri ilə, hətta 10 ildən artiq bütün ələqalərini kəsdiyi İsrail ilə də münasibətlərini normallaşdırma istiqamətində addımlar atmışdır. Türkiyə böyük dəstək verdiyi “Müsəlman Qardaşları”na dəstəyini azaltdıqca qarşılığında Suəudiyyənin antitürk ritorikasının azaltdığının şahidi olmuşdur. Ərdoğan ünvanına kəskin sözlər dediyi Misir prezidenti Sisi ilə Qətərdə keçirilən oyun zamanı əl sıxması Türkiyənin regionda ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq istiqamətində ciddi addımlar atmasından xəbər verirdi.
Lakin 2023-cü ilin oktyabrda İsrail-“Həmas” gərginləşməsi fonunda irrosionalist hesab edilən Ərdoğanın Fələstin ritorikası İsrail-Türkiyə münasibətlərinə yenidən zərbə vurdu. Bu isə İsraillə-Fələstin münaqişəsinin həllində uğurlu vasitəçi rolunda çıxış edə biləcək Türkiyəni yenidən oyundan çıxmasına səbəb oldu.
Təbii ki, Səudiyyə-Türkiyə münasaibətlərin formalşamasında İran, Rusiya kimi akotrların da rolu danılmazdır. İranın Səudiyyə və Türkiyə ilə münasibətləri düşünürəm ki, “düşmənimin düşməni mənim dostumdur” prinsipi üzərində qurulub. Baxmayaraq ki, bəzi təhlilçilər hesab edirlər ki, Türkiyənin İrana mövqeyi, Səudiyyə ilə eyni deyildi. Tehran Ər-Riyadın əzəli düşməni olsa da, (münasibətlər son vaxtlar normallaşma istiqamətində gedir) Ankara Tehrana düşmən yox, rəqib kimi baxır. Ankara və Tehran Suriya, Yəmən, İraq məsələsində əks mövqelərdə olsalar da, kürd məsələsində eyni cəbhədə durur, aktorlar münasibətlərində qırmız xətti hec vaxt keçimirlər. Hər iki dövlətin bir-birinin ünvanına sərt mesajlar söyləməsinə hələki rast gəlinməmidir (hətta keçmiş İran prezidenti Rəisinin helikopter qəzasında həlak olması zamanı Türkiyə dövlətinin rəsmi mətam elan etməsi diqqətdən yayınmamalıdır). Son günlər Türkiyənin Rusiyanın vasitəçiliyi ilə İranın əbədi və əzəli müttəfiqi olan Suriya ilə münasaibətlərini normallaşdırmaq istiqamətində addımlar atması da diqqətdən kənarda qalmamalıdır. Rəqib olmalarına baxmayaraq, Türkiyə İrana qarşı qoyulan sanksiyalara rağmən onun neftini alır bu isə münasibətlərin kəskinləşməsinə mane olur.
Türkiyənin Rusiyaya münasibətinə gəlincə, unutmaq olmaz ki, Türkiyə Russiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir. Bu isə iki ölkə arasında uğurlu diplomatik münasibətlərin olmasından xəbər verir.
Son günlər Yaxın Şərqdə baş verən hadisələr, “Hizbullah” tərəfindən törədilməsi iddia edilən Qolan təpələrində 12 nəfər uşağın ölməsi ilə nəticələn hadisəninin ardından regionu yenə altını üstünə çevirən daha bir hadisə - İranın yeni təyin olunmuş prezidentinin andiçmə mərasiminə gələn “Həmas” lideri İsmayil Haniyənin İsrail qüvvələri tərəfindən qətlə yetirilməsi qonağına sahib çıxa bilməyən İranı müharibəyə çağırışdan başqa bir sey deyildir. Habelə bu hadisələrin fonunda, Ərdoğanın: “...İsrailə girə bilərik” - təhdidinə, eyni zamanda Türkiyənin İ.Haniyənin ölümü ilə bağlı Türkiyənin İsraildəki səfirliyində Türk bayrağının endirilməsinə cavab olaraq İsrailin XİN rəhbəri - “Əgər səfirlik nümayəndələri Haniyə yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib prezident Ərdoğanla birlikdə yas tuta bilərlər” – deyə bildirib. Baş verənləri Yaxın Şərqə İsrail-Türkiyə arasında yeni gərginliyin anonsu kimi qəbul etmək olar. Bəs hadisələrin inkişafı nəyi göstərəcək? Səudiyyə yeni gərginlikdə iki rəqib ölkədən hansını seçəcək, maraqlıdır? Aydın görünən isə odur ki, Yaxın Şərq bundan sonra daha neçə illər yenə də odun-alovun içində çalxalanaq.
AMEA-nın Fəlsəfə İnsitutunun dissertantı
Səfiyeva Həcər Kamal qızı