Uzun illərdi böyük dövlətlərlə kəsişən və kəsişməyən maraqları fonunda öz kimliklərini qorumağa çalışan druzlar Yaxın Şərqin ən maraqlı və ziddiyətli icması kimi tanınırlar. Hazırda onlar əsasən Livan, Suriya, İsrail və qismən İordaniya, habelə ABŞ, Latin Amerikası, Avropa, Avstaraliya kimi dövlətlərin ərazilərində mövcuddurlar. Druzlar Yaxın Şərqin bəzi icmalarından fərqli olaraq etnik deyil, daha çox dini konfessional icma hesab edilirlər. Druzların dini inancları islamın şiə qolu İsmaililikdən bəhrələnsə də, zamanla müstəqil dini-fəlsəfi cərəyana çevrilmiş, druz inancı Misirdə Fatimilər dövründə Əl-Hakim bi-Əmrillahın hakimiyyəti illərində formalaşmışdır. “Druz” adı isə təlimin ilk tərəfdarlarından biri olan Məhəmməd bin İsmayıl əd-Dərəzi ilə bağlı olsa da, druzlar onu dinlərinin əsas banisi hesab etmirlər.
Druzlar özlərini islamın məzhəblərindən biri kimi yox, daha çox müstəqil dini cərayanın üzvləri hesab edirlər. Onlar etnik olaraq ərəb olsalar da, islam dini, mədəniyyəti və adət-ənənələrindən bəhrələnsələr də, özlərini müsəlman hesab etmirlər. Belə ki, islam dininin və mədəniyyətinin bir sıra elementlərini özündə birləşdirən druz icması özünü “Muvahhidun” yəni Tövhid əhli hesab edir. Druzlar Allahın mütləq varlığına, yəni tək Alllahlığa, eyni zamanda ruhun köçünə (reinkarnasiya) inanırlar. Druz toplumu namaz qılmaq, oruc tutumaq, Həcc ziyarəti etmək kimi islamın əsas ehkamlarını qəbul etməsələr də, Qurban bayramını təmtəraqlı qeyd edir, qurbanlar kəsir, Cənnət və Cəhənnmə, Qiyamət gününə və peygəmbərlərə inanırlar. Druzlar mənəvi rəhbərlərinin zühuruna (şiəlikdə olduğu kimi) inanır, müsəlmanlar kimi cümə günənə xüsusi önəm verirlər. Cümə günü və bazar günü axşam dualar etmək üçün xəlvə (ibadət məkanları) adlanan yerə toplanırlar. Dəfn mərasimində Qurani Kərimdən Fatihə surəsi oxumaqla yanaşı, druzların müqəddəs kitabı hesab edilən “Kitabul-Hikmə”dən də ayinlər oxuyur və dualar edirlər. Lakin müsəlman qaydalarında olduğu kimi ölü kəfənə bükülmür, xüsusi geyimdə məzar otaqlarında tabutda dəfn edilir ki, bu da xristanlıqdan gəlmə adət ənənəni xatırladır. Druz icmasının dindar kişi və qadınlarının geyimlərində Osmanlı dövründən qalma ənənəvi geyim elementləri qorunub saxlanılır.
Druz qadınları sadə və örtülü geyimlərə üstünlük veririlər (müasir druz gəncləri dəbi izləyirlər). Druzların dini əqidəsinə görə, onlar kənar dinlərdən olan evliliyi qəbul etmir və ümumiyətlə icma başqa dindən olanları onların dininə keçməsinə icazə vermir. İslam dinindən fərqli olaraq, druz kişi birdən çox arvad ala bilmir. Lakin islam dinində olduğu kimi oğlan övladına miras qıza nisbətən 2 dəfə çox verilir (ölkədən asılı olaraq bu qayda dəyişə bilir). Onlar icmaya yeni şəxsləri qəbul etmir, druz olmaq üçün yalnız druz ailəsində doğulub boya başa çatmalısan.
Druzların dini inancları gizlilik prinsipi ilə seçilir. Onların müqəddəs mətnləri və dini ayinləri yalnız müəyyən dini təbəqəyə aid şəxslərə açıqdır. Druz icmasında dini bilklərə sahib olanlar – “uqqal”, adi icma üzvləri isə “cühhal” adlanırlar.
Ümumiyyətlə, druz icmasının tarixinə əsasən, onları cəsarətli toplum hesab etmək olar. Druzlara məxsus papaq və saqqal druz şərəfinin toxunulmaz və müqqədəs elementi hesab edilir. Druz icması üçün əsas prinsip - öz eksiztensiallığını yəni mövcudluğunu qoruyub saxlamaqdır ki, bu məqam daim diqqətdə saxlanılır. Belə ki, druzlar bir qayda olaraq, yaşadığı ölkənin siyasi qanunlarına hörmət edir, onların mövcudluğuna hər hansı təhlükə hiss etmədikəri təqdirdə dövlətə sadiqlik nümyiş etdirirlər (Osmanlılar hər zaman druzların sədaqətinə etibar etmişlər). Ancaq druz bayrağı meydana çıxarsa bu artıq onların ayaqda olduğunu, yəni üsyana hazır olduqlarının ifadəsidir.
Səfiyeva Həcər Kamal qızı